Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxub

Azərbaycanda daha 543 nəfər koronavirusa yoluxub

Hazırda ölkəmizdə aktiv xəstə sayı 8 644 nəfərdir

 

Azərbaycanda 543 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 510 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 25 113 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 16 150 nəfər müalicə olunaraq sağalıb, 319 nəfər vəfat edib. Aktiv xəstə sayı 8 644 nəfərdir.

 

Ötən müddət ərzində 584 min 466 test aparılıb. Bugünkü test sayı isə 8 217-dir.

Müəllif: Ayna.az      14 İyul 2020 20:47
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin