Eyvandan yıxılan qadın xəstəxanada ölüb

Eyvandan yıxılan qadın xəstəxanada ölüb

Həkimlər onun həyatını xilas edə bilməyiblər

 

Bakıda ölüm hadisəsi baş verib. AYNA “Report”a istinadən xəbər verir ki, hadisə iyulun 10-da gecə saatlarında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsində qeydə alınıb.

 

Belə ki, 1936-cı il təvəllüdlü R.Hüseynova yaşadığı ikimərtəbəli evin ikinci mərtəbəsinin eyvanından ehtiyatsızlıqdan yıxılıb. O, bud və çanaq sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib.

 

Həkimlərin səyinə baxmayaraq, R.Hüseynova iyulun 13-də saat 11 radələrində xəstəxanada ölüb. Faktla bağlı araşdırmalar aparılır.

Müəllif: Ayna.az      14 İyul 2020 11:04
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin