Məşhur modelin cəsədi çamadanda tapılıb

Məşhur modelin cəsədi çamadanda tapılıb

Hadisə ilə bağlı araşdırmalara başlayan Moskva polisi gənc qadının qısqanclıq zəminində öldürülmüş ola biləcəyini iddia edir

 

Rusiyada ölkənin son dövrdə ən populyar adlarından biri olan Yekatrinanın dəhşətli ölümü haqda danışılır. Sosial mediada paylaşdığı fotolarına görə məşhur simaya çevrilmiş 24 yaşlı modelin yaşadığı evdə cəsədi tapılıb. Ailəsinin günlərdir xəbər tuta bilmədiyi modelin bıçaqlanmış cəsədi çamadanın içində aşkarlanıb. 

 

AYNA xarici mediaya istinadən xəbər verir ki, modelliklə yanaşı bloggerlik də edən Yekatrinadan xəbər ala bilməyən valideynləri ev sahibi ilə ünsiyyətə girməyə məcbur olublar. Ev sahibindən girib evə baxmasını xahiş ediblər. Bir neçə saat sonra isə heç gözləmədikləri cavabı alıblar. Ev sahibi manikenin cansız bədənini tapdığını bildirib. Çamadana yerləşdirilmiş cəsədə çox sayda bıçaq zərbəsi endirildiyi müəyyən olunub. 

 

"Instagram"da 80.000-dən çox izləyicisi olan Yekatrinanın ötən həftələrdə 32 yaşlı sevgilisindən ayrıldığı bildirilir. Model uzun müddətdir birlikdə olduğu sevgilisindən ayrıldıqdan sonra, özündən yaşca çox böyük olan bir kişiylə birlikdə olmağa başlayıb. 

Hadisə ilə bağlı araşdırmalara başlayan Moskva polisi gənc qadının qısqanclıq zəminində öldürülmüş ola biləcəyini iddia edir. Modelin yeni sevgilisiylə birlikdə Hollandiyaya istirahətə getmək üçün yer ayırtdırdığını müəyyən edən polis şübhəliləri dindirməkdə davam edəcəklərini açıqlayıb. 

 

Qeyd edək ki, modellik edən Yekatrina, eyni zamanda Rusiyanın nüfuzlu tibb universitetində təhsil alırmış. 

Müəllif: Ayna.az      29 İyul 2019 12:56
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin