"Mançester Yunayted" qələbəni son dəqiqədə əldən verib

"Mançester Yunayted" qələbəni son dəqiqədə əldən verib

Liqada XXXVI turun oyunları 14-17 iyulda keçiriləcək

 

İngiltərə Premyer Liqasında XXXV tur başa çatıb. AYNA-nın Apasport.az-a istinadən məlumatına görə, tura Mançesterdə yekun vurulub.

 

Koronavirus pandemiyası səbəbindən dayandırılan yarışlar bərpa olunduqdan sonra keçirdiyi 6 oyunun 5-də qələbə qazanıb, 1-də heç-heçə edən "qırmızı şeytanlar" ortabab "Sauthempton"u sınağa çəkib.

 

Rəqibi üzərində qələbəni son dəqiqədə qol buraxaraq əldən verən "mankunianlar" yenə məğlub olmasalar da, turnir cədvəlində 3-cü pilləyə yüksəlmək şansını qaçırıblar.

 

Qeyd edək ki, Premyer Liqada XXXVI turun oyunları 14-17 iyulda keçiriləcək.

 

İngiltərə Premyer Liqası
XXXV tur
13 iyul
"Mançester Yunayted" - "Sauthempton" - 2:2
Reşford, 20; Marsial, 23 - Armstronq, 12; Obafemi, 90+7

Müəllif: Ayna.az      14 İyul 2020 03:09
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin