Qazaxıstanda karantin daha iki həftə uzadılıb

Qazaxıstanda karantin daha iki həftə uzadılıb

"Karantin vətəndaşlarımızın sağlamlığı üçün lazımdır"

 

Qazaxıstanda koronavirusla bağlı epidemioloji vəziyyət səbəbindən karantin rejimi daha iki həftə uzadılıb.

 

AYNA Qazaxıstan mediasına isitnadən xəbər verir ki, bu barədə ölkənin Prezidenti Kasım-Jomart Tokayev "Twitter" səhifəsində yazıb.

 

“Epidemioloji vəziyyətlə əlaqədar olaraq karantin daha iki həftə uzadılacaq. Sabah hökumət komissiyası qərar qəbul edəcək. Karantin vətəndaşlarımızın sağlamlığı üçün lazımdır və özünümüdafiə ilə bağlı güclü tədbirlər görülməlidir”, - deyə Tokayev qeyd edib.

 

Xatırladaq ki, koronavirusdan ölənlərin xatirəsinə görə bu gün Qazaxıstanda matəm günü elan edilib.

 

Hazırda Qazaxıstanda COVID-19-dan 375 nəfər dünyasını dəyişib. Ümumilikdə 59 899 nəfər virusa yoluxub, 33 814 nəfər isə xəstəliyə qalib gəlib.

Müəllif: Ayna.az      13 İyul 2020 23:13
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin