Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb

Qərb bölgəsində dağlıq rayonlara leysan yağıb 

 

Milli Hidrometeorologiya Xidmətinin iyulun 13-ü saat 19:00-a olan məlumatına əsasən, Daşkəsən, Naxçıvan, Balakən, Qusarda şimşək çaxıb, Göygöl, Gəncə, Şəmkir, Ağstafa, Qrız, Şahdağ, Xınalıqda şimşək çaxıb, yağış yağıb. 

 

AYNA xəbər verir ki, Yuxarı-Ağcakənd ərazisində  saat 16:45-17:25 radələrində leysan  xarakterli yağış yağıb, Görançaydan  sel keçib.

 

Qərb bölgəsində dağlıq rayonlara yağan leysan yağış nəticəsində Şəmkir  Mansırlıdan təxminən 2 km aşagıda saat 13:40 radələrində sel hadisəsi baş verib. 

 

Əsrikçay Ədrikçırdaxamda isə saat 15:36 radələrində sel hadisəsi yaranıb.

Müəllif: Ayna.az      13 İyul 2020 20:48
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin