Bakıda qəza: iki azyaşlı qızı avtomobil vurub

Bakıda qəza: iki azyaşlı qızı avtomobil vurub

Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib

 

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA APA-a istinadən xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb.

 

Belə ki, “Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan doqquz yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və səkkiz yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub.

 

Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

 

Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyadadırlar.

Müəllif: Ayna.az      13 İyul 2020 05:16
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin