Türkiyədə COVID-19 daha 21 nəfərin həyatına son qoyub

Türkiyədə COVID-19 daha 21 nəfərin həyatına son qoyub

Koronavirus can almaqda davam edir 

 

Türkiyədə son sutkada daha 21 nəfər koronavirusdan vəfat edib.

 

AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

 

Nazir bildirib ki, son 24 saatda 48 813  test aparılıb, onlardan 1016-nın cavabı pozitiv çıxıb. Bu gün daha 1334 xəstə sağalıb.

 

Qeyd edək ki, Türkiyədə indiyədək 211 981 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 5344 nəfər ölüb, 193 217 nəfər müalicə olunaraq evə buraxılıb.

Müəllif: Ayna.az      11 İyul 2020 22:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin