Gələn həftə hava necə olacaq?

Gələn həftə hava necə olacaq?

Həftənin ikinci yarısında yağmursuz hava şəraiti gözlənilir

 

Həftənin birinci yarısında Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin 14-15-də gecə və səhər saatlarında bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, cənub küləyi 8-13 m/s-dək güclənəcək. Havanın temperaturu həftənin birinci yarısında gecə 22-25, gündüz 30-35 dərəcə isti olacaq.  Həftənin ikinci yarısında yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi 8-13 m/s, 16-17-də arabir 15-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 22-25, gündüz 29-34 dərəcə isti təşkil edəcək.

 

Həftənin birinci yarısında Azərbaycanın əsasən şimal və qərb rayonlarında, həftənin ikinci yarısında isə əksər rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli  intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi 5-10 m/s, həftənin ikinci yarısında arabir 18-23 m/s-dək güclənəcək.   

 

Havanın temperaturu gecə 20-25, gündüz 31-36, həftənin birinci yarısında bəzi yerlərdə 38 dərəcə isti, dağlarda gecə 15-18,  gündüz 18-23, həftənin birinci yarısında bəzi yerlərdə 25 dərəcə isti olacaq.

Müəllif: Ayna.az      11 İyul 2020 20:49
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin