Yaponiyada təbii fəlakət 63 nəfərin həyatına son qoyub

Yaponiyada təbii fəlakət 63 nəfərin həyatına son qoyub

Yaponiyada sel fəlakəti davam edir


Yaponiyada sel və torpaq sürüşməsi nəticəsində xeyli sayda insan ölüb. 


AYNA xarici mediaya istinadən xəbər verir ki, Yaponiyada daşqın nəticəsində ölənlərin sayı 63 nəfərə yaxınlaşıb, 1 milyondan artıq insanın bölgədən təxliyəsi üçün çağırış edilib. 

 

Daşqınlar nəticəsində bəzi körpülər dağılıb, ağaclar aşıb, yollar çöküb, minlərlə ev su altında qalıb. Yanğın və Fəlakət İdarəetmə Agentliyi Kyuşuda yaşayan 1.3 milyon insanın təxliyə edilməsi üçün çağırış edib.

 

Yaponiya Meteorologiya Agentliyi bölgədə güclü yağışların hələ davam edəcəyini və lazımlı tədbirlər alınmasının lazım olduğunu bildirib. “Kyodo” agentliyinin yaydığı məlumata görə, Yaponiyanın cənub-qərbindəki Kyuşu bölgəsi daxil olmaq 10 fərqli əyalətdə 92 dərə və çay yatağı aşkarlanıb.

 

Müəllif: Ayna.az      11 İyul 2020 18:15
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin