Türkiyənin Rusiya ilə birgə atom bombası istehsal etdiyi iddia edilir - Kəşfiyyatçıdan şərh

Türkiyənin Rusiya ilə birgə atom bombası istehsal etdiyi iddia edilir -     Kəşfiyyatçıdan şərh

“Bu 4 reaktordan nüvə silahı və bombasının istehsalı üçün istifadə ediləcək”

 

“Türkiyə “Akkuyu” Atom Elektrik Stansiyasında nüvə silahı istehsal etməyi planlaşdırır”. AYNA publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Cənubi Kipr Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Storgos Andreas Pentaras çıxış edib.

 

Keçmiş kəşfiyyat şefinin iddiasına görə, “Akkuyu” layihəsində Türkiyə-Rusiya biznes əməkdaşlığının pərdəarxasında nüvə silahının istehsalı dayanır. Onun sözlərinə görə, “Akkuyu”da inşa ediləcək 4 reaktorun nüvə enerjisinin istehsalı ilə yaxından- uzaqdan əlaqəsi yoxdur.

 

“Bu 4 reaktordan nüvə silahı və bombasının istehsalı üçün istifadə ediləcək”, – Pentaras əlavə edib.

 

Qeyd edək ki, Türkiyənin enerjidə xaricdən asılılığını azaltmaq məqsədi ilə Mersin şəhərində inşa edilən “Akkuyu”da hər biri 1200 MVt gücündə olan 4 reaktor quraşdırılacaq. Hazırda Türkiyədə 56 min MVt elektrik enerjisi istehlak edir. Beləliklə, “Akkuyu” ölkənin elektrik enerjisinə olan tələbatının 12 faizini ödəyəcək. Stansiyanın 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır.

Akkuyu

Müəllif: Ayna.az      28 İyul 2019 22:55
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin