İcra başçısı vəzifəsindən azad edilib

İcra başçısı vəzifəsindən azad edilib

Ölkə başçısı sərəncam imzalayıb 

 

Prezident İlham Əliyev Arif Qasımovun Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

AYNA xəbər verir ki, sərəncamla Arif Adil oğlu Qasımov Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Qeyd edək ki, A.Qasımov 2015-ci ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı idi. O, daha əvvəl 2011-2015-ci illərdə isə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Müəllif: Ayna.az      11 İyul 2020 15:14
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin