Çində daha 6 nəfər koronavirusa yoluxub

Çində daha 6 nəfər koronavirusa yoluxub

Hazırda xəstəxanalarda 330 pasiyent müalicə alır

 

Çində ötən sutka ərzində 2 nəfərdə yeni növ koronavirusun aktiv forması və 4 simptomsuz yoluxma halı aşkarlanıb.

 

AYNA xəbər verir ki, bu barədə ölkənin Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

 

Ötən sutka ərzində koronavirusdan ölən olmayıb, müalicə alan 14 nəfər xəstəxanadan evə buraxılıb.

 

Bununla da Çində 83 587 şəxsin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 634 nəfər vəfat edib.

 

Hazırda xəstəxanalarda 330 pasiyent müalicə alır. Onlardan 71-i simptomsuz xəstədir.

 

Qeyd edək ki, iyunun 11-də 56 günlük aradan sonra "Sinfadi" bazarı ilə əlaqəli ilk yoluxma halı aşkarlanıb. Hökumət virusun yayılmasının qarşısını almaq üçün paytaxtda karantin tədbirlərini sərtləşdirib. Pekində indiyədək 480 məntəqə üzrə təxminən 3 milyona yaxın adam testdən keçirilib.

Müəllif: Ayna.az      11 İyul 2020 08:41
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin