Moskvada COVID-19 daha 29 nəfərin həyatına son qoyub

Moskvada COVID-19 daha 29 nəfərin həyatına son qoyub

Ümumilikdə 228 min yeni virusa yoluxma aşkarlanıb

 

Moskvada son sutka ərzində koronavirusdan 29 nəfər dünyasını dəyişib.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə paytaxtda yaradılmış Əməliyyat Qərargahının məlumatında bildirilib.

 

Bununla da şəhərdə ölənlərin ümumi sayı 4116 nəfərə çatıb.

 

Ümumilikdə 228 min yeni virusa yoluxma aşkarlanıb, 163 mindən çox xəstə sağalıb.

 

Qeyd edək ki, Rusiyada pandemiya zamanı, təxminən 714 min COVID-19 hadisəsi aşkarlanıb, 11 017 nəfər ölüb, 489 mindən çox insan sağalıb.

Müəllif: Ayna.az      11 İyul 2020 07:28
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin