Rusiyada etirazçıların saxlanılmasına Avropdan reaksiya: "Söz və yığıncaq azadlığının pozuntusu"

Rusiyada etirazçıların saxlanılmasına Avropdan reaksiya:    "Söz və yığıncaq azadlığının pozuntusu"

"Saxlanılanlardan 700 nəfəri KİV-nin əməkdaşı və blogerlərdir"

 

Avropa İttifaqı 27 iyuldaRusiyanın paytaxtı Moskvanın mərkəzində keçirilən razılaşdırılmamış aksiya zamanı etirazçılarının saxlanılmasını "söz və yığıncaq azadlığının pozuntusu" kimi dəyələndirdi. AYNA "Report"-a istinadən xəbər verir ki, bu haqda Avropa İttifaqının xarici siyasət xidmətinin nümayəndəsi Maya Kosyançiçin bəyanatında deyilir.

 

"Biz gözləyirik ki, Rusiya Federasiyasının hakimiyyəti qarşıdakı yerli seçkilərin (2019-cu ilin sentyabrında) keçirilməsi vaxtı ATƏT və başqa beynəlxalq qurumlar qarşısındakı öhdəliklərinə hörmətlə yanaşacaq", - bəyanatda deyilir.

 

Daha əvvəl RF Daxili İşlər Nazirliyində bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Moskvada icazəsiz aksiyada müxtəlif qanun pozuntularına görə 1000-dən çox insan saxladılar.

 

Həmçinin bildirildi ki, razılaşdırılmamış aksiyada 3,5 min insan iştirak edib, onlardan təxminən 700 nəfəri KİV-nin əməkdaşı və blogerlərdir.

Müəllif: Ayna.az      28 İyul 2019 21:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin