İtaliyada koronavirusa yoluxan aktiv xəstələrin sayı azalır

İtaliyada koronavirusa yoluxan aktiv xəstələrin sayı azalır

Ölkə üzrə ölüm hadisələrinin sayı 34938-ə çatıb

 

İtaliyada son sutkada 12 nəfər koronavirusdan vəfat edib.

 

AYNA-nın verdiyi xəbərə görə, bu barədə Mülki Müdafiə Departamenti məlumat yayıb.

 

Bildirilib ki, ölkə üzrə ölüm hadisələrinin sayı 34938-ə çatıb, koronavirusa yoluxan aktiv xəstələrin sayı 13428-ə enib.

 

Son 24 saat ərzində cəmi 276 yeni yoluxma qeydə alınıb.

 

194273 nəfər sağalaraq evə buraxılıb.

 

Bu günə qədər ölkə daxilində 5,85 milyondan çox insan test edilib.

Müəllif: Ayna.az      11 İyul 2020 05:12
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin