ÜST koronavirusla bağlı son vəziyyəti açıqlayıb

ÜST koronavirusla bağlı son vəziyyəti açıqlayıb

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb

 

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 228 mindən çox artıb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

 

İyulun 10-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 228 102 nəfər yeni koronavirusa yoluxub, 5 565 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 12 102 328, ölənlərin isə 551 046 nəfərə çatıb.

 

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 6 264 626 yoluxma və 276 370 ölüm halı.

 

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 868 080, ölənlərin sayı isə 202 341 nəfərə çatıb.

 

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 204 698 yoluxma və 28 664 ölüm halı qeydə alınıb.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Müəllif: Ayna.az      11 İyul 2020 02:43
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin