Qalmaqallı reklamı yayılan həkim: "Xanımı tanımıram"

Qalmaqallı reklamı yayılan həkim: "Xanımı tanımıram"
"Sıradan bir müayinədir"
 
Xəbər verdiyimiz kimi, Bakıda fəaliyyət göstərən “Turan” klinikasının cərrah-floboloqu İlham Məmmədovun reklamına hesablanaraq çəkilmiş video birmənalı qarşılanmayıb. Xanım pasientin müayinə masası üzərinə çıxması, donunu yuxarı qaldırması və açıq-saçıq mənzərə yaratması müzakirələrə səbəb olub.
 
AYNA xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən cərrah İlham Məmmədov bunu sıradan bir müayinə adlandırıb:
 
“Video aşağı ətrafların dopler müayinəsi zamanı çəkilib. Sadəcə, sıradan bir müayinədir. Orada başqa heç nə yoxdur. Açığı, o videonu öz səhifəmdə paylaşmamışam. Videonu xanım paylaşmışdı, yersiz müzakirələrə səbəb olduğu üçün də sildi. Müayinə zamanı kim istəyir video çəkir. Həmin videonu da xanımın köməkçisi çəkmişdi. Xanımı tanımıram. Hər gəlib dopler müayinəsi keçənlərdən də anket doldurmuram”.
Müəllif: Ayna.az      28 İyul 2019 20:09
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin