Metronun fəaliyyətinin dayandırılmasına rəsmilərdən münasibət

Metronun fəaliyyətinin dayandırılmasına rəsmilərdən münasibət

“Qərarların qəbul edilməsində beynəlxalq təcrübə, ölkədə olan vəziyyət, real texniki və epidemioloji xüsusiyyətlər nəzərə alınıb”

 

“Qərarlar ümumi qəbul olunur, bir çox məqamlar nəzərə alınır. Sərt karantin rejimində bir sıra iş yerlərinin bağlanması, icazələrin ləğv edilməsi, bir çox insanın evdən çıxmaması nəzərə alınaraq qərar qəbul edilib”.

 

AYNA xəbər verir ki, TƏBİB rəsmisi Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində, sərt karantin günlərində metronun fəaliyyətinin tamamilə dayandırılması və bütün yükün ekspress avtobusların üzərinə düşməsi nəticəsində yaranan sıxlığa münasibət bildirərkən belə deyib.

 

Prezidentin köməkçisi Hikmət Hacıyev də məsələyə münasibət bildirib. Deyib ki, qərarların qəbul edilməsində beynəlxalq təcrübə, ölkədə olan vəziyyət, real texniki və epidemioloji xüsusiyyətlər nəzərə alınıb.

 

“Bəli, avtobuslarda sıxlıq müşahidə olunur, lakin Bakı Nəqliyyat Agentliyi qarşısında da bu məsələ qoyulub ki, xətdə olan avtobusların sayı artırılsın. Metro qapalı yer olduğundan, havanın ventilyasiyası ilə bağlı fərqli fikirlər var. Buna görə də epidemioloji vəziyyət nəzərə alınaraq metronun fəaliyyəti dayandırılıb”, - Hacıyev əlavə edib.

Müəllif: Ayna.az      10 İyul 2020 18:02
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin