Əsas səhifə Haqqımızda Xəbər lenti

Naməlum məxluq Sabirabad sakinlərini vahiməyə salıb

Naməlum məxluq Sabirabad sakinlərini vahiməyə salıb

Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.  AYNA oxu.az-a istinadən xəbər verir ki, hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir.

 

Kənd sakinlərinin sözlərinə görə, 4-5 gündən bir, təxminən saat 22:23 radələrində ot tayaları yandırılır. Naməlum şəxs tərəfindən indiyə kimi 6 ot tayası yandırılıb.

Hətta evlərinin yandırılacağından ehtiyat edən sakinlər gecələr yatmayıb gözətçilik edirlər. Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.

 

Hadisə ilə bağlı polisə müraciət edildiyi bildirilir.

17 İyun 2019 10:59
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin