Abşeronda torpaqların suvarılma vəziyyəti yaxşılaşdırılacaq

Abşeronda torpaqların suvarılma vəziyyəti yaxşılaşdırılacaq

Prezident Abşerona 8,5 milyon manat ayırıb

 

Prezident İlham Əliyev Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Bu barədə AYNA Prezidentin rəsmi saytına istinadən xəbər verir.

 

Sərəncama əsasən, “Abşeron yarımadasında kənd təsərrüfatına yararlı torpaqların suvarılma vəziyyətinin yaxşılaşdırılması məqsədilə Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması və kanalın suburaxma qabiliyyətinin artırılması” layihəsi üzrə nəzərdə tutulan işlərin başa çatdırılması üçün “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 8,5 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Müəllif: Ayna.az      8 İyul 2020 12:18
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin