İranın məşhur klubunda 11 futbolçu koronavirusa yoluxub

İranın məşhur klubunda 11 futbolçu koronavirusa yoluxub

Virusun aşkarlandığı şəxslərin adları açıqlanmayıb

 

İranın aparıcı klublarından olan “İstiqlal”ın 11 futbolçusunda koronavirus aşkarlanıb.

 

AYNA "Qafqazinfo"ya istinadən xəbər verir ki, sözügedən klubda bütövlükdə 12 nəfərin koronavirus testinin nəticəsi müsbət çıxıb.

 

Onlardan 11-i futbolçu, biri isə tibb işçisidi. Bu məlumatı komanda üzvlərinin koronavirus testindən keçdiyi Tehrandakı xəstəxanadan da təsdiqləyiblər. “İstiqlal”da bütövlükdə 61 nəfərdən analiz götürülüb ki, bunun da 12-nin nəticəsi müsbət çıxıb. Virusun aşkarlandığı şəxslərin adları açıqlanmayıb.

 

Qeyd edək ki, “İstiqlal” yenidən bərpa olunan İran çempionatında 22 oyuna topladığı 37 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

Müəllif: Ayna.az      8 İyul 2020 02:28
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin