Azərbaycanda daha 537 nəfər yoluxub

Azərbaycanda daha 537 nəfər yoluxub

Ölkəmizdə COVID-19-a yoluxnaların sayı artıb 

 

Azərbaycanda 537 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 453 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

AYNA xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

 

İndiyədək ölkədə ümumilikdə 21 374 nəfər koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 12 635 nəfər müalicə olunaraq sağalıb, 265 nəfər vəfat edib, 8 474 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

 

Bu gün 7 102 koronavirus testi aparılıb.

Müəllif: Ayna.az      7 İyul 2020 19:07
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin