Bakını üfunət iyinə bürüyən Böyük Şor gölüdür? – VİDEO

Bakını üfunət iyinə bürüyən Böyük Şor gölüdür? –     VİDEO

Ehtimal odur ki, qoxu gölə axıdılan kanalizasiya suları səbəbindən yayılıb

 

Dünən  axşam saatlarından etibarən Bakının bəzi ərazilərində kəskin üfunət qoxusu yayılıb. AYNA-nın “Baku” TV-yə istinadən xəbərinə görə, müəyyən olunub ki, həmin qoxunun mənbəyi Böyük Şor gölüdür.

 

İlkin ehtimal odur ki, qoxu gölə axıdılan kanalizasiya suları səbəbindən yayılıb. Digər ehtimal isə odur ki, üfunət iyi “Sobsan” boya fabrikində yanğın baş verdikdən sonra yayılmağa başlayıb.

 

Hazırda gölün ətrafında kəskin, dözülməz qoxu var. Bakı şəhərinin Nərimanov və Binəqədi  rayonlarında ətrafa kəskin  iy-qoxunun yayılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mütəxəssisləri tərəfindən araşdırma aparılır.

Müəllif: Ayna.az      7 İyul 2020 16:21
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin