Azərbaycanın 4 futbol klubuna məşq icazəsi verildi

Azərbaycanın 4 futbol klubuna məşq icazəsi verildi

Operativ qərargah avrokuboklarda oynayacaq komandalara şərait yaradıb

 

Azərbaycanın dörd klubuna məşqlərə başlamağa icazə verilib. AYNA bildirir ki, növbəti mövsüm avrokuboklarda çıxış edəcək “Qarabağ”, “Neftçi”, “Keşlə” və “Sumqayıt”ın avqustda başlayacaq yarışlar üçün məşq keçməsinə Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən razılıq verilib.

 

Gənclər və İdman Nazirliyi bütün Olimpiya İdman Komplekslərində bu dörd komandanın məşq etməsi üçün şərait yaradılmasını təmin edəcək.

 

Əldə etdiyimiz digər məlumata görə, klublar sərt karantinin olmadığı Qəbələyə yollanacaq və orada məşqlərini keçirə biləcəklər. Lakin komandaların hələ hansı tarixdə Qəbələyə yollanacağı bilinmir. Böyük ehtimalla, sabahdan etibarən komandalar məşqlərə başlaya biləcək.

 

Bildirək ki, “Qarabağ” Çempionlar Liqasında ilk oyununu avqustun 18 və ya 19-da, Avropa Liqasında mübarizə aparacaq “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə 27 avqustda keçirəcək.

Müəllif: Ayna.az      7 İyul 2020 14:54
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin