“Koronavirusa inanardıq, İbrahim Məmmədovdan eşitməsəydik”

“Koronavirusa inanardıq, İbrahim Məmmədovdan eşitməsəydik”

Cəmiyyətimiz COVID-19-un varlığına inam məsələsində ciddi tərəddüd qarşısındadır

 

Azərbaycanda bir neçə aydır ki, COVID-19 infeksiyası sürətlə yayılır. Hətta. vəziyyət o həddə çatıb ki, xəstəxanalarda yer yoxdur. Bəzi xəstələr evdə müalicə almalı olurlar.

 

Amma buna baxmayaraq, vətəndaşlar hələ də virusun mövcudluğuna ciddi yanaşmırlar. Bu gün bir qisim vətəndaş koronavirusun varlığına tam şəkildə inanmır, bir qisim də “iki suyun arasında qalıb”. AYNA sosial şəbəkə istifadəçilərinə “Koronavirusun varlığına inanırsınızm?” sualı ilə müraciət edib. Beləliklə:

 

Ruhulla Abuzərov: “Həm inanıram, həm də inanmıram”.

 

Narıngül Nadir: “İnanmıram”.

 

Rəşad Mehdiyev: “Ətrafım virusdan qırılsa da, virusu gözümlə görsəm də, inanmayanlardanam”.

 

Fərid Azəri: “Virusa inanmıram”.

 

Aqşin Kazımoğlu: “İnanmıram. Maraqlı faktlar və səbəblər olduğu üçün inanmıram. Ən əsası isə statistika heç də real deyil”.

 

Rüstəm Məhərrəmov: “Ciddi bir virusun varlığını qəbul edib, lakin korona mövzusunda və görülən tədbirlərə qarşı şübhəsi olan biriyəm.  Bu işdə çox məntiqsizlik var”.

 

İbrahim Kamiloğlu: “Virusun varlığına inanan, amma aşılandığı qədər təhlükəli hesab etməyən biriyəm”.

 

Anar Akifoğlu: “İki variant arasında qalanlardan biriyəm. Yəni, həm inanıram, həm də yox”.

 

Aygün İlqarqızı: “Mən də iki variant arasında qalanlardanam”.

 

Raqif Əliyev: “Xəstəlik var. Amma İbrahim Məmmədov onun haqqında xəbər verdiyinə görə çox adam virusa inanmır”.

 

Tariyel Abdullayev: “Koronavirusun olduğuna inanıram”.

 

Elşən Gəncəvi: “İnanmıram”.

 

Lalə Tağıyeva: “İki variant arasında qalanlar sırasındayam”.

 

Bəsti İsrafilova: “İki variant arasında qalanlardanam”.

 

Gülşən Raufqızı: ““İnanın” dediyim üçün cahillər tərəfindən təhqirə məruz qalanlardan biriyəm. Təbii ki, inanıram”.

 

Aysel Azad: “Bu qədər insan ölür, çoxu əziyyət çəkir. Gərək, nə qədər şüursuz olum ki, bunu görməyim. Təbii ki, inanıram”.

 

Rəşad Həsənzadə: “İki variant arasında qalanlardan biri də mənəm”.

 

Bəşarət Məmmədov: “İnanan, inandıran və inamla qorunmağı təbliğ edən biriyəm”.

 

Aynur Cavid: “Virusa inanıb, amma özünün virusu yoluxmayacağına inananlardanam”.

Müəllif: Təranə Xudabaxşiyeva      7 İyul 2020 15:28
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin