Əsas səhifə Haqqımızda Xəbər lenti

Rusiya-Ukrayna qarşıdurması: Krım uğrunda müharibə alovlana bilər

Rusiya-Ukrayna qarşıdurması: Krım uğrunda müharibə alovlana bilər

Deputat: “Ukraynada “dəlilik pandemiyasının ikinci dalğası” başlayıb”

 

General: “Bu, qarşıdurmanın başlaması üçün bir siqnal olacağını vurğulayıb”

 

Rusiyanın Dövlət Duması Ukrayna Hərbi Dəniz Qüvvələri komandirinin Rusiya ilə genişmiqyaslı hərbi əməliyyatlara hazırlığı barədə dediklərini ölkədə “dəlilik pandemiyasının ikinci dalğası” hesab edir. Bununla yanaşı Duma Ukrayna hakimiyyətini mümkün təcavüz barədə xəbərdar edib. AYNA xəbər verir ki, bu barədə Dövlət Dumasının tanınmamış Krım bölgəsindən olan deputatı Mixail Şeremetin danışıb.

 

“Deyəsən, Ukraynada “dəlilik pandemiyasının ikinci dalğası” başlayıb. Qonşu dövlətdə bu cür açıqlamaların verilməsi çox üzücüdür”, - deyə Şeremet vurğulayıb. O, dünya birliyinin buna münasibət bildirməli olduğunu qeyd edib: “Rusiya Ukraynanın kiçik donanmasından qorxmur. Onların gəmilərinin texniki vəziyyətini nəzərə alaraq çıxış zamanı batacağından qorxuruq. Sonra deyirlər ki, Rusiya onu batırdı. Rusiya hər an istənilən hücuma layiqli cavab verməyə və öz yerini göstərməyə hazırdır. Hücum baş verərsə, düşmən məhv ediləcək”.

 

Bundan əvvəl Ukrayna Hərbi Dəniz Qüvvələrinin Arxa Donanma komandiri, ordu admiralı Aleksey Neijpapa Ukrayna mətbuatına müsahibəsində deyib ki, döyüş donanması Rusiya ilə hərtərəfli hərbi əməliyyatlara hazırlaşır. O, xüsusilə qeyd edib ki, Ukrayna Krımı qaytarmaq niyyətindədir və Rusiya ilə müharibəyə hazırlaşır. Neijpapa, Moskvanın Şimali Krım Kanalından yarımadaya su təminatını bərpa etmək cəhdinin qarşıdurmanın başlaması üçün bir siqnal olacağını vurğulayıb.

 

Şeremetin isə hesab edir ki, Neijpapanın açıqlaması siyasi şüarlardan başqa bir şey deyil: “Çox istərdim ki, bu adamlar müharibə üçün yetişdirdikləri gənc dəstələrə rəhbərlik etsinlər və Ukraynanı heç bir yerə aparmayan xaotik bir yola sövq etməsinlər. Ukraynanın gələcəyi tamamilə qeyri-sabit olacaq. Ölkənin özü inkişaf etmədiyi üçün başqalarının çarxlarına çomaq soxmağa çalışırlar”.

 

Görünən odur ki, qarşlıqlı ittihamlar Rusiya-Ukrayna müharibəsinin yenidən alovlana biləcəyini düşünməyə əsas verir. Çünki, Ukrayna tərəfindən ultimatumu verən sadəcə deputat yox, donanma rəhbəri və ordu generalıdır. Rusiya Dumasının adından danışan isə işğal olunmuş, tanınmamış bölgənin nüfuzlu siyasi şəxsidir. Ekspertlər hesab edirlər ki, Rusiya-Ukrayna qarşıdurması hər an baş verə bilər. 

Müəllif: Ayna.az      6 İyul 2020 20:02
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin