Əsas səhifə Haqqımızda Xəbər lenti

Bağdad yenə raket atəşinə tutulub

Bağdad yenə raket atəşinə tutulub

İki raket aeroportun yaxınlığına düşərək kiçik tikililərə ziyan vurub

 

İraqın paytaxtı Bağdadın beynəlxalq hava limanı raket atəşinə tutulub. AYNA xarici mətbuata istinadən bildirir ki, raket zərbələri nəticəsində ölən və xəsarət alan olmayıb. Gecə atılan iki raket aeroportun yaxınlığına düşərək kiçik tikililərə ziyan vurub. Hava limanı və onun inzibati binası heç bir xəsarət almayıb.

 

Hadisə yerinə gələn İraqın xüsusi xidmət orqanları araşdırmalara başlayıblar. Raket zərbələrinə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

 

Qeyd edək ki, bu ilin əvvəlindən Bağdadın beynəlxalq hava limanı dördüncü dəfədir ki, raket atəşinə tutulur.

 

Onu da bildirək ki, iyulun 4-ü gecə də Bağdad raket atəşinə məruz qalmışdı. Əsasən xarici diplomatik korpusların yerləşdiri əraziyə raket atılmışdı. Bildirilirdi ki, nəticədə bəzi diplomatik nümayəndəliklərin binaları zərər görüb. 

Müəllif: Ayna.az      6 İyul 2020 13:34
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin