Əsas səhifə Haqqımızda Xəbər lenti

Yaponiyada leysan: həlak olanların sayı 42 nəfərə çatıb

Yaponiyada leysan: həlak olanların sayı 42 nəfərə çatıb

Sel nəticəsində daha 11 nəfərin itkin düşdüyü qeyd edilir

 

Yaponiyanın Kyuşü adasında yağan leysan yağışlar səbəbindən baş verən daşqınlar nəticəsində həlak olanların sayı 42 nəfərə çatıb. Bu barədə AYNA xarici mediaya istinadən bildirir. Sel nəticəsində daha 11 nəfərin itkin düşdüyü qeyd edilir.

 

Təbii fəlakət nəticəsində ən çox zərər Kumamoto və Kaqoşima prefekturalarına dəyib. İyulun 6-da səhər saatlarına olan son məlumata görə, təqribən 9,5 min mənzil və şəxsi ev elektrik enerjisiz qalıb. Leysan yağışların daha böyük ziyan vurduğu Kumamoto prefekturasında təqribən 1000 hektar ərazi su altında qalıb. Hazırda 1500 nəfərin təxliyə mərkəzlərinə yerləşdirildiyi gələn məlumatlar sırasındadır. Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin yaydığı məlumat görə, Kumamoto prefekturasında yerləşən 8 xəstəxana su altında qalıb.

 

Ölkənin Baş Naziri Şinzo Abe yerli hökumətlərin xahişinə cavab olaraq, əraziyə 10 min hərbçinin göndərilməsi barədə göstəriş verib. Onlar buradakı xilasedicilərlə birlikdə yerli əhaliyə yardım edəcəklər.

 

Müəllif: Ayna.az      6 İyul 2020 10:59
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin