Əsas səhifə Haqqımızda Xəbər lenti

Pakistanda bir gündə 92 nəfər koronavirusdan öldü

Pakistanda bir gündə 92 nəfər koronavirusdan öldü

Ümumilikdə isə vəfat edənlərin sayı 4 min 712 nəfərə çatıb

 

Son sutka ərzində Pakistanda koronavirusa 3 min 191 nəfər yoluxub. Bununla da ölkədə virusa yoluxanların sayı 228 min 474 nəfərə çatıb. AYNA bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Xəbərdə qeyd edilib ki, son 24 saatda bu xəstəliyə yoluxan 92 xəstə həyatını itirib.

 

Ümumilikdə isə vəfat edənlərin sayı 4 min 712 nəfərə çatıb. Vurğulanır ki, son gündə ölkədə 4 min 736 nəfər evə yazılıb və sağalanların sayı 129 min 830 nəfər olub. Ölkənin xəstəxanalarında 93 min 937 xəstə var ki, onlardan 2 min 419 virus daşıyıcısının vəziyyəti kritikdir.

Müəllif: Ayna.az      6 İyul 2020 08:03
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin