ÜST-dən Həcc ziyarəti barədə qərara münasibət

ÜST-dən Həcc ziyarəti barədə qərara münasibət

Baş director: “Çətin və düzün seçim etməyin bir örnəyidir”

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Səudiyyə Ərəbistanının Həcc ziyarətinin Krallıqda yaşayan və müxtəlif millətlərdən olan məhdud sayda zəvvarların iştirakı ilə keçirilməsi qərarını alqışlayıb.

 

AYNA xəbər verir ki, ÜST-ün Baş direktoru həmin qərarın təşkilatın tövsiyələrinə uyğun şəkildə müxtəlif risklərin qiymətləndiriməsi və təhlilinə əsaslandığı, zəvvarların yoluxması ehtimalının minimuma endirilməsi məqsədilə qəbul edildiyini qeyd edib:

 

“ÜST Krallığın qərarını dəstəkləyir. Biz başa düşürük ki, bu nəticəyə gəlmək heç də asan olmayıb, həmçinin anlayırıq ki, bu il ziyarətə getmək istəyən insanlar da çox məyus olublar. Eyni zamanda, bu qərar sağlamlığın hər şeydən mühüm olduğuna dair çətin və düzün seçim etməyin bir örnəyidir”.

 

Qeyd edək ki, müsəlman ölkələri, həmçinin İslam Əməkdaşlıq Təşkilatı, Ərəb Dövlətləri Liqası və ilahiyyatçı alimlər də Səudiyyə Ərəbistanının bu qərarını alqışlayan bəyanatlar yayıblar.

Müəllif: Ayna.az      6 İyul 2020 05:14
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin