“Fairmont Baku” hotelində karantini pozanlar saxlanılıb – FOTO/VİDEO

“Fairmont Baku” hotelində karantini pozanlar saxlanılıb –       FOTO/VİDEO

Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşmanlıqlarını ifadə ediblər

 

Paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

 

Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşmanlıqlarını ifadə ediblər. Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb ediliblər.

 

Qeyd edək ki, bu gün “Fairmont Baku” hotelində karantin qaydalarını pozaraq hotelin hovuzunda istirahət edən şəxslərin görüntüləri yayımlanıb. Bundan sonra polis hoteldə əməliyyat keçirib. 

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      5 İyul 2020 20:28
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin