Nazirdən 190 manat birdəfəlik ödəmələrlə bağlı AÇIQLAMA

Nazirdən 190 manat birdəfəlik ödəmələrlə bağlı       AÇIQLAMA

Sahil Babayev: Ödənişlər 287 min insanımızı əhatə edəcək”

 

Ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz qalan, günəmuzd işləyən şəxslərə 190 manatlıq birdəfəlik ödəmələrin verilməsinə yaxın günlərdə başlanılacaq. Birdəfəlik ödəmələr xüsusi karantin rejiminin tətbiq edildiyi 16 şəhər və rayonun sakinini əhatə edəcək. Ödənişlər sıxlıq yaranmaması üçün bank kartları vasitəsilə həyata keçiriləcək. AYNA-nın xəbərinə görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTV-yə açıqlamasında bildirib ki, bu gündən etibarən sərtləşdirilmiş karantin rejiminin tətbiqinə başlanılıb:

 

"Ölkə başçımız Azərbaycan dövlətinin ardıcıl və davamlı siyasətinin göstəricisi olaraq, növbəti dəfə böyük bir humanist qərar qəbul etdi. Xüsusi karantin tətbiq edilən şəhər və rayonlarımızın işsiz sakinlərinə birdəfəlik ödəmələrin verilməsi tapşırıldı. Müvafiq qərar layihəsi artıq hazırlanıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Ümumilikdə 16 şəhər və rayonumuzda işsiz şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən qeyri-formal məşğul şəxslərimizə ödəniş təmin ediləcək. Ödənişlər 287 min insanımızı əhatə edəcək. Bunun üçün 55 milyon manat vəsait ayrılıb".

Müəllif: Ayna.az      5 İyul 2020 20:04
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin