İki rayonda yanğın

İki rayonda yanğın

Hadisə yerlərini FHN əməkdaşları cəlb olunub

 

Göygöl rayonunun Yeni Qızılca kəndində tikinti materialları mağazasının ərazisində ümumi sahəsi 400 m2 olan dəmir konstruksiyalardan ibarət tikilinin taxta atmaları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yaxınlıqda yığılan tikinti materialları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Biləsuvar rayonunun Yuxarı Ağalı kəndində də yanğın olub. Ferma ərazisində 30 ton ot bağlamasının 20 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      5 İyul 2020 17:53
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin