Bakı polisi məşhur hoteldə əməliyyat keçirir – FOTO, VİDEO

Bakı polisi məşhur hoteldə əməliyyat keçirir –         FOTO, VİDEO

Hazırda karantin rejiminin tələblərini pozan şəxslərin kimliyi müəyyənləşdirilir

 

Paytaxt polisi məşhur "Fairmont Baku" hotelində əməliyyat keçirir. AYNA xəbər verir ki, hoteldə karantin qaydalarının pozulması barədə yayılan məlumatlar polisi hərəkətə keçirib.

 

Hazırda polis əməkdaşları karantini pozan şəxslərin kimliyini müəyyənləşdirir. Əməliyyatın davam etdiyi bildirilir.

 

Qeyd edək ki, “Fairmont Baku” elan edilmiş karantin qaydalarına məhəl qoymayıb. Belə ki, hotel həftə sonunu “Fairmont Baku”da keçirmək üçün vətəndaşlara çağırış edib. Həmçinin, sosial şəbəkələrdə "Fairmont Baku" hotelinin müştəriləri karantin qaydalarını pozduğu barədə görüntülər paylaşılıb.Yayılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      5 İyul 2020 17:34
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin