Altmış iki nəfərin cəsədi tapıldı

Altmış iki nəfərin cəsədi tapıldı

145 nəfər xilas edilib, 110 nəfər itkin düşüb

 

Xilasetmə xidmətləri Liviya sahillərində gəmi qəzasında ölən 62 miqrantın cəsədini tapıblar. AYNA Trend-ə istinadən xəbər verir ki, Liviyanın Tripolinin şərqində yerləşən Homs şəhərinin sahillərində cümə axşamı miqrantlarla birlikdə taxta qayıq aşıb.

 

Qırmızı Aypara Liviya şöbəsinə tabe olan bölmələr 62 miqrantın cəsədini tapıb.

 

Bildirilir ki, 145 nəfər xilas edilib, 110 nəfər itkin düşüb.

Müəllif: Ayna.az      27 İyul 2019 13:23
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin