Bağdada raket atılıb: Diplomatik nümayəndəlik binalarında DAĞINTI

Bağdada raket atılıb: Diplomatik nümayəndəlik binalarında     DAĞINTI

“Patriot” ötən gecə atılan raketi zərərsizləşdirə bilməyib

 

Bu gecə İraqın paytaxtı Bağdadın “Yaşıl vadi” adlanan bölgəsinə raket atılıb. AYNA xarici mediaya istinadən bildirir ki, raket zərbəsi nəticəsində insan tələfatı olmasa da bölgədəki bəzi diplomatik nümayəndəliklərin binalarında dağıntılar əmələ gəlib.

 

Qeyd edək ki, Bağdadın bu hissəsi yanvar ayından başlayaraq bir neçə dəfə raket zərbəsinə məruz qalıb. Bunu nəzərə alan ABŞ hərbçiləri xarici ölkə səfirliklərinin yerləşdiyi “Yaşıl vadi” adlanan ərazini mühafizə etmək üçün “Patriot” hava hücumundan müdafiə sistemi quraşdırmışdılar. Lakin “Patriot” ötən gecə atılan raketi zərərsizləşdirə bilməyib.

Müəllif: Ayna.az      5 İyul 2020 12:59
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin