Belarus Prezidenti olmağa 7 iddialı var

Belarus Prezidenti olmağa 7 iddialı var

Prezidentliyə namizədlərin qeydiyyat prosesi başlayıb

 

Belarusda prezidentliyə namizədlərin qeydiyyatı prosesi başlayıb. AYNA xarici mediaya istinadən bildirir ki, qeydə alınma iyulun 15-dək davam edəcək. Rəsmi qeydə alınan namizədlər seçki kampaniyasının növbəti mərhələsinə - təşviqatda iştirak etmək hüququ əldə edəcəklər.

 

Ölkədə yeddi nəfər qeydiyyat üçün sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Viktor Babariko, Andrey Dmitriev, Anna Kanopatskaya, Alexandr Lukaşenko, Svetlana Tixanovskaya, Valeri Tsepkalo, Sergey Çereçendir.

 

Viktor Babariko Lukaşenkonun əsas rəqibi hesab olunur. O, 19 iyundan bəridir ki, həbsxanadadır. Bundan əvvəl Belarus Baş Prokurorluğu onun həbsini qanuni hesab etdiyini açıqlamışdı. Babariko yüz milyonlarla dollar pulu xaricə çəkmək məqsədi ilə mütəşəkkil cinayətkar qrup yaratmaqda və ona rəhbərlik etməkdə şübhəli bilinir.

Müəllif: Ayna.az      5 İyul 2020 11:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin