Türkiyədə COVID-19 daha 20 nəfərin həyatına son qoyub

Türkiyədə COVID-19 daha 20 nəfərin həyatına son qoyub

Koronavirus qurbanlarının sayı artmaqda davam edir 

 

Ötən sutka ərzində Türkiyədə daha 20 nəfər koronavirusdan ölüb. AYNA xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.

 

O, qeyd edib ki, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 5 206 nəfərə çatıb.

 

Son gün ərzində COVID-19-a 1 154 nəfər yoluxub. Bununla da qonşu ölkədə koronavirus xəstələrinin ümumi sayı 204 610 nəfərə çatıb.

 

Nazirin sözlərinə görə, ötən gün virusa yoluxmuş 1 214 pasiyent sağalaraq evə buraxılıb. Beləliklə, Türkiyədə ümumilikdə 179 492 pasiyent sağalıb.

Müəllif: Ayna.az      5 İyul 2020 05:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin