Şahmar Mövsümov: “Dünya iqtisadiyyatında tənəzzül gözlənilir”

Şahmar Mövsümov: “Dünya iqtisadiyyatında tənəzzül gözlənilir”

“Təbii ki, Azərbaycana da bunun təsiri var”

 

Təbii ki, pandemiya nəticəsində baş verən hadisələr iqtisadi artıma və iqtisadiyyatın durumuna təsir etməyə bilməz. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov deyib.

 

“Bu isə tək Azərbaycanda deyil, bütün dünyada belədir. Son proqnozlara görə də ümumdünya iqtisadiyyatında da tənəzzül gözlənilir. Bütün dövlətlər tərəfindən böyük həcmdə maliyyə yardımları, iqtisadi proqramlar tətbiq edilir. Azərbaycan da dünya iqtisadiyyatının bir parçası olduğu üçün təbii ki, Azərbaycana da bunun təsiri var”, - deyə Mövsümov vurğulayıb.

 

O, bildirib ki, ilin əvvəlindən etibarən dövlət büdcəsinin gəlirləri tam icra olunub: “İqtisadiyyatımızda işsizliyin artmasının qarşısının alınması üçün həyata keçirlmiş tədbilərin və cənab Prezident tərəfindən verilmiş patentlərin nəticəsində bizdə işsizliyin artımı o qədər də görünmür”.

Müəllif: Ayna.az      3 İyul 2020 18:41
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin