Bayrağı təhqir edən məşhur aktyorla bağlı cinayət işi açıldı - FOTO

Bayrağı təhqir edən məşhur aktyorla bağlı cinayət işi açıldı -    FOTO
Bundan əvvəl türk qadınını təhqir etmişdi
 
 
Türkiyənin tanınmış aktyoru Mehmet Akif Alakurtun haqqında türk bayrağını təhqir etdiyinə görə cinayət işi açılıb. AYNA xəbər verir ki, aktyor Türkiyə bayrağınının şəklini paylaşıb və belə yazıb: "Rıfkı Cumhuriyyətinin bayrağı deyilmi bu?"
 
 
Aktyor  bu paylaşımla Türkiyə dövlətinin gücünü aşağılamaqda, dövlət nişanına hörmətsizlikdə ittiham olunur.
 
 
Sosial şəbəkə istifadəçilərinin paylaşımı şikayət etməsindən sonra aktyorla bağlı araşdırma başladılıb. Tanınmış aktyor Mehmet Akif Alakurt bundan əvvəl də türk qadınını ələ salan paylaşımlar etmiş və çoxsaylı tənqidə tuş gəlmişdi. Akytor Braziliyada yaşadığı və bu paylaşımları Türkiyədə olmamasına güvənərək etdiyi bildirilir.
 
Müəllif: Ayna.az      27 İyul 2019 04:07
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin