Əsas səhifə Haqqımızda Xəbər lenti

Samir Nemətzadənin səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA

Samir Nemətzadənin səs yazısı ilə bağlı     RƏSMİ AÇIQLAMA

TƏBİB: “Su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur”

 

“Ötən gün sosial şəbəkələrdə koronavirusdan vəfat edən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səs yazısı yayılıb. Bildiririk ki, S.Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

AYNA xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavabında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

 

Onun sözlərinə görə, S.Nemətzadə daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər ürək çatışmazlığı olub: “Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib. Qeyd edildiyi kimi, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur”.

 

Qeyd edək ki, Nemətzadə yaxınlarına göndərdiyi səs yazısında xəstəxanadakı vəziyyətdən şikayətlənir, su olmamasını, natəmizlik olduğunu bildirir. 

Müəllif: Ayna.az      2 İyul 2020 14:33
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin