Şəkidə xəsarət alan İlkindən xəbər var

Şəkidə xəsarət alan İlkindən xəbər var
Şəki Xan Sarayının həyətində 500-ə yaxın yaşı olan çinar ağacının budağının qırılaraq yerə düşməsi nəticəsində xəsarət alan İlkin Məmmədov bir neçə gün sonra evə buraxılacaq.
 
 
AYNA qafqazinfo-a istinadən xəbər verir ki, bunu adıçəkilən şəxsin özü "Facebook" hesabında bildirib:
 
 
"Əzizlərim, artıq bu sözləri yazacaq gücdəyəm. İstədim sizə bildirəm ki, hər şey yaxşıya doğru gedir, müalicə davam edir. Bir neçə gündən sonra evə buraxılacam. Son 11 gün ərzində mənim yanımda olan, dəstək olan, ürəyi mənlə olan hər kəsə sonsuz minnətdarlığımı bildirirəm. Məni daha güclü sizin sevginiz, dəstəyiniz etdi. Bilirdim, amma daha da əmin oldum ki, həyat sadəcə sizlərdən - sevdiklərimdən ibarətdi. Hər an yanımda olanlar, yazanlar, maraqlananlar, hər birinizə tək-tək yaza bilməsəm də, xəbəriniz olsun: yaxşıyam, daha yaxşı olacam. Var olun!" 
 
 
İlkin Məmmədov hadisədən iki dəqiqə əvvəl çəkilmiş fotosunu da paylaşıb.
Müəllif: Ayna.az      27 İyul 2019 03:11
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin