Mehriban Əliyevadan təbrik

Mehriban Əliyevadan təbrik

İyulun 2-si Azərbaycanda Polis Günüdür

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 2 İyul – Azərbaycan Polisi Günü münasibətilə rəsmi “Instagram” səhifəsində paylaşım edib.

 

AYNA-nın məlumatına görə,  paylaşımda deyilir: “Bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu çətin günlərdə biz hamımız sizin vətəndaşlarımızın sağlamlığı naminə atdığınız qətiyyətli addımların, yüksək vətəndaş məsuliyyətinizin və peşəkarlığınızın şahidi olduq! Hər birinizə və doğmalarınıza möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram”.

Müəllif: Ayna.az      2 İyul 2020 02:53
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin