Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda karantin postları yığışdırılır – İLGİNC

Bakıda karantin postları yığışdırılır –   İLGİNC

DİN: Yaxın dəqiqələrdə rəsmi açıqlama veriləcək

 

Bakıda sərt karantin rejiminə nəzarət etmək üçün qurulan polis postlarının yığışdırılmasına başlanılıb. AYNA əməkdaşlarının müşahidələrinə görə, artıq paytaxtın küçələrində qurulan səyyar postlar yığışdırılıb.

 

Əldə etdiyimiz qeyri-rəsmi məlumatlara görə, polis əməkdaşlarına postlarda karantin yoxlamalarını dayandırmaları tapşırılıb, lakin bu qərarın səbəbi haqda məlumat verilməyib. Təbii ki, bu məsələ vətəndaşlar tərəfindən təəccüb və maraqla qarşılanıb.

 

Bəs, nə baş verir ki, postlar yığışdırılır? AYNA bu sualla Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. O, yaxın dəqiqələrdə məsələ ilə bağlı rəsmi açıqlama veriləcəyini deyib.

Müəllif: Ayna.az      1 İyul 2020 17:23
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin