Əsas səhifə Haqqımızda Xəbər lenti

Mağazalarda karantinlə bağlı reydlər davam edir

Mağazalarda karantinlə bağlı reydlər davam edir

Ümumilikdə 237 müəssisədə reyd keçirilib

 

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AYNA-ya verilən məlumata görə, Bakıda və regionlarda fəaliyyət göstərən 58 ictimai iaşə obyekti, 179 ərzaq satışı mağazası olmaqla ümumilikdə 237 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

 

Reyd keçirilən obyektlərdən 111-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Həmin müəssisələr arasında Bakının Xətai rayonunda “Rahat”, “Grandmart”, “Araz supermarket”, “Al market”, Yasamal rayonunda “Sevimli”, “Xızı”, “Al market”, Nəsimi rayonunda “Oba”, “Buta”, “Güvən”, “Ruslan”, “Uğur”, “Eldar” marketlər, Qasımov Şahin İsmayıl oğluna, Yüzbayeva Rahilə Sünbül qızına, Əliyev Sahib Xanməmməd oğluna, Məmmədov Davud Qurban oğluna, Hüseynov Nazim Ayaz oğluna, Dadaşov Orxan Qorxmaz oğluna, Həsənov Telman Əfruz oğluna, Şirinova Nailə Mehman oğluna, Babayev Kamil Kamran oğluna, Ələkbərova Mərziyə Namaz qızına, Qəhrəmanova Gülnarə Şamil qızına, Xalıqov Fərəc Nurəddin oğluna, Tağılı Tural Nizami oğluna, Əsgərov Məşədiəsgər Əli oğluna, Dursunov Həbibullah Fikrət oğluna, Rəcəbov Elmar Tofiq oğluna, Əliyev Rəhim Kamal oğluna, Məlikova Ayşad İbrahimovna qızına, Baxşəliyeva Baxşəli Hüseyn oğluna məxsus ərzaq mağazalarında, Abşeron rayonu, Masazır qəsəbəsində “Oba”, “Fresh” və “Dostlar” marketləri və Şirinov Elmin Etibar oğluna məxsus ərzaq mağazası, Xaçmaz rayonunda Heybətov Vüqar Məmməd oğluna, Ağayev Rifaq Sabir oğluna, Hüseynov Yavər Həzrət oğluna məxsus ət satışı mağazaları, Göyçay rayonunda Mahmudov Sənan Pərviz oğluna məxsus ərzaq mağazası, Sadıqov Qüdrət Qurban oğluna, Xəlilov Elçin Rəşid oğluna, Kərimov Teymur Aydın oğluna, Yusifov Anar İlqar oğluna, Məmmədov Asif Məmmədşah oğluna və Həsənov Aqil İntizam oğluna məxsus kafelər, Şıxəliyev Sehran Ağarəhim oğluna məxsus yeməkxana, Kürdəmir rayonunda İslamov Həsən Rizvan oğluna məxsus kafe, Şamaxı rayonunda Kərimov Rəhman Firuz oğluna məxsus ərzaq mağazası, Bəhrəmov Şahin Alış oğluna məxsus dönərxana, Xəlilov Şəhriyar Zabit oğluna məxsus dönərxana, Şıxəliyev Əmrah Feyruz oğluna, Ağaməmmədov Bəhram Xanəhməd oğluna, Əliyev Fuad Mehman oğluna məxsus marketlər, Abbasəliyev Şirəddin Urşan oğluna məxsus meyvə tərəvəz mağazası, Neftçala rayonunda Cəbrayılov Həsənqulu Böyükkişi oğluna, Məmmədov Nofəl Əlisəfa oğluna məxsus ərzaq mağazaları, Salyan rayonunda Həsənov Fərman Mürhüseyn oğluna məxsus ərzaq mağazası, Sabirabad rayonunda Seyidov Əziz Əzim oğluna məxsus restoran, Mingəçevir şəhərində “Kral” market, “Samux vadisi” kafesi və Ağayev Azad Şirin oğluna məxsus kafe, Masallı rayonunda “Bazarstore” market, Cəlilabad rayonunda “Real” market, Balakən rayonunda Hudulov Çingiz Nurəddin oğluna məxsus çörək istehsalı müəssisəsi, Zaqatala rayonunda Zeynalov Oruc Astan oğluna məxsus çörək istehsalı müəssisəsi, Oğuz rayonunda Həmidov Tacəddin Siracəddin oğluna və Ellazov Dilqəm Knyaz oğluna məxsus ərzaq mağazaları, Daşkəsən rayonunda “Araz supermarket”, Gəncə şəhərində “Milli market” ərzaq mağazası, Ağstafa rayonunda “Limon” kafesi, “Dərya” və “Elit” ərzaq mağazaları, Şəmkir rayonunda “Murad”, “Üç Çinar”, “Qoşa Çinar”, “Fizuli”, “Ocaq”, “Çingiz” kafeləri, “Zümrüd” və “Zirvə” ərzaq mağazaları, Beyləqan rayonunda “Supermarket”, “İlham”, “Çempion”, “Tuncay”, “Real”, “Cavid”, “Yenimil”, “Hüseyn”, “Beyləqan” ərzaq mağazaları, “Röya”, “Çənlibel”, “Milkafe”, “Sərin”, “Xanqızı”, “Çinar”, “Elvin” və “Bozbaş” kafeləri, Ucar rayonunda “Platin”, “Elvin”, “Bizim”, “Aran”, “Ruzi”, “Bəyaz”, “Müsüslü”, “Mega” marketlər və Əliyev Seymur Əlimusa oğluna məxsus ərzaq mağazası, İmişli rayonunda “Fariz”, “Ailəvi”, “Məhəmməd” və “Ekonom” marketlərində daha çox uyğunsuzluqlar aşkar edilib.

 

Agentlik Bakıda və regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Müəllif: Ayna.az      1 İyul 2020 17:56
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin