Əsas səhifə Haqqımızda Xəbər lenti

Qurban Yetirmişli işçilərini karantin qaydalarına əməl etməyə çağırıb

Qurban Yetirmişli işçilərini karantin qaydalarına əməl etməyə çağırıb

RSXM-in aztəminatlı əməkdaşlarına ərzaq yardımı paylanılıb

 

Bütün dünyanı cənginə alan COVID-19-la bağlı Nazirlər Kabineti tərəfindən elan edilmiş karantin rejiminin davam etməsinə baxmayaraq, bir sıra dövlət əhəmiyyətli qurumlar kimi AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məhdud sayda əməkdaşlarını işə cəlb etməklə fəaliyyətini fasiləsiz davam etdirir. AYNA bildirir ki, RSXM rəhbərliyinin təşəbbüsü ilə bu gün Mərkəzin bir qrup aztəminatlı əməkdaşına Həmkarlar Təşkilatının dəstəyi ilə ərzaq yardımı paylanılıb.

 

AMEA nəzdində RSXM-nin Baş direktoru Qurban Yetirmişli bildirib ki, hazırda bütün dünya ölkələri koronavirus pandemiyası ilə üz-üzə qalıb: “Faktiki olaraq bu gün bütün dünya bu virusla müharibə aparır. Bizim ölkəmizdə virusla bağlı mübarizəyə dair əvvəlcədən bir sıra qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, təəssüflər olsun ki, Azərbaycanda da yoluxma halları baş verdi. Bu gün dövlət rəhbərliyi tərəfindən hər şey edilir ki, insanların sağlamlığı qorunsun. Amma burda vətəndaşların da üzərinə böyük məsuliyyət düşür. Hər bir şəxs Nazirlər Kabineti yanında Operativ Qərargahın qoyduğu tələblərə birmənalı şəkildə əməl etməlidir”.

 

Dövlət əhəmiyyətli bir sıra qurumlar kimi RSXM-nin də karantin reimində fəaliyyətini davam etdirdiyini qeyd edən Baş direktor, əməkdaşları bir daha qoyulan rəsmi tələb və qaydalara əməl etməyə çağırıb.

 

“Bizim Mərkəz respublika ərazisində zəlzələlərin emalı, tədqiqi və elmi araşdırılması ilə məşğul olan yeganə dövlət təşkilatı olduğuna görə karantin rejimi dövründə Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən dövlət təşkilatlarının siyahısı üzrə məhdud sayda əməkdaşlarımızla işimizi davam etdiririk. İşdə əməkdaşların sosial məsafə saxlaması və sanitar-gigiyenik tələblərə uyğun işləməsi üçün şərait yaradılıb. Amma biz bu qaydalara hər yerdə əməl etməliyik”, - deyə Yetirmişli bildirib.

 

Baş direktor pandemiya dövründə aztəminatlı işçilərə dəstək olmaq məqsədi ilə Həmkarlar Təşkilatının dəstəyi ilə ərzaq yardımı göstərildiyini bildirib. 15 çeşiddə ərzaq məhsullarından ibarət yardım paketləri mərkəzin 24 aztəminatlı əməkdaşına paylanılıb.

Müəllif: Ayna.az      1 İyul 2020 15:51
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin