Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan neftinin qiyməti 43 dolları ötüb

Azərbaycan neftinin qiyməti 43 dolları ötüb

Dünya birjalarında neftin qiyməti dəyişib

 

Dünya birjalarında neftin qiyməti dəyişib. AYNA xarici mediaya istinadən bildirir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,56 dollar ucuzlaşaraq 41,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,36 dollar artaraq 39,63 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti də son sutkada bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar artaraq 43,02 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      1 İyul 2020 10:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin