Koronavirus testindən keçmək istəyənlərə müraciət

Koronavirus testindən keçmək istəyənlərə müraciət

TƏBİB rəsmisi: “Kim test verməyibsə və nəticəsini bilmirsə, özünü izolyasiya etsin”

 

“Bu gün COVID-19 testinin nəticəsi pozitiv çıxan şəxslər SMS vasitəsilə icazə alıb çölə çıxa bilmirlər. Çünki yeni yaradılan sistem buna imkan vermir. Kimsə xəstədirsə, test verməyibsə və nəticəsini bilmirsə, məsuliyyət hiss edib özünü izolyasiya etsin. Çünki biz həmin insanlarla bağlı nəsə deyə bilmirik”.

 

AYNA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

O, apteklərdə dərman qıtlığı ilə bağlı məsələyə də toxunub: “TƏBİB apteklərə nəzarət etmək səlahiyyətinə malik deyil. Bizim üçün önəmli olan xəstəxanalardakı xəstələrin dərman təminatının yüksək səviyyədə təşkilidir. Qızdırması və şikayəti olan hər kəsin müayinəsini həyata keçiririk. Hər hansı vətəndaş profilaktik testlərin aparılmasını istəyirsə, PCR tövsiyə olunmur”.

 

“Bu gün, sadəcə simptomları olanlar pulsuz test olunur və bundan sonra da proses davam etdiriləcək”, - Qarayeva vurğulayıb.

Müəllif: Ayna.az      30 İyun 2020 19:26
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin