Karantin rejimi nəticə verirmi – Rəsmi açıqlama

Karantin rejimi nəticə verirmi –     Rəsmi açıqlama

Yaqut Qarayeva: “Yoluxma sayı 500-ün üzərində olsa da, say stabilləşib”

 

“Karantin rejiminin nəticə verməməsi söhbəti düzgün deyil. Çünki nəticə özünü göstərir. Yoluxma sayı 500-ün üzərində olsa da, say stabilləşib”.

 

AYNA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində deyib.

 

İclasda çıxış edən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də karantin rejiminin faydasından danışıb: “Karantin rejiminin mahiyyəti insanlar arasında təmasların minimuma endirilməsidir. Bu da öz nəticəsini verəcək”.

 

“Azərbaycan beynəlxalq təcrübədən yararlanır və öz qərarlarını qəbul edir. Bu məsələdə vətəndaşlar və dövlətimiz arasında həmrəyliyin olması da çox vacibdir”, - Hacıyev vurğulayıb.

Müəllif: Ayna.az      30 İyun 2020 18:59
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin